Yeni fəxri ad təsis ediləcək

  • By admin
  • 16 Sentyabr 2017 12:42

ilham eliyev serencam

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.

Gununsesi.info-nun məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Belə ki, yeni adın təsis edilməsində məqsəd gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır.

Gununsesi.info