Saakaşvilinin son durumu açıqlandı

  • By admin
  • 10 May 2022 09:56

“Ehtiyac yaranarsa, Saakaşviliyə penitensiar xidmətdən kənarda tibbi yardım göstərilə bilər”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze açıqlama verib.

Onun sözlərinə görə, sabiq prezident 24 saatlıq tibbi nəzarət altındadır:

“Saakaşvilinin hərəkət edə bilməməsi barəsində yayılan məlumatlar yalandır. İnsanların sağlamlıq vəziyyətləri barəsində yalan məlumatlar yaydığınız zaman bununla onların ailə üzvlərini də gərginləşdirirsiniz və cəmiyyətdə iğtişaşlara cəhd edirsiniz. Hər kəsi sakitliyə dəvət edirəm. Mən ədliyyə naziri olaraq, həmçinin dövlətimiz Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin yaxşı halda olması üçün hər şey edəcəyik. Biz bunu istənilən məhkum üçün edirik”.

Gununsesi.info