Saakaşvilinin vəziyyəti pisləşdi

  • By admin
  • 23 Oktyabr 2021 09:17

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə həbsdə olduğu Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində tibbi yardım göstərilib.

Gununsesi.info yerli KİV-ı istinadla xəbər verir ki, bununla bağlı jurnalistlərə eks-prezidentin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.

Həkim deyib ki, Saakaşvilinin qan analizindəki parametrlərdən biri dəyişilib və həkimlər ona qan transfüzyonu vermək qərarına gəliblər.

“Bu prosedur həbsxanada həyata keçirilib. Qeyd edim ki, bu tibb bürüso üçün uyğun deyil. Buna görə də, həmin proses həbsxana xəstəxanasında deyil, mülki xəstəxanada olunmalıdır. Hazırda Saakaşvilinin vəziyyəti normaldır. Bu gün çətin vəziyyətdən çıxa bildik. Saakaşvili hazırda olduğundan daha yaxşıdır. Amma sabah daha da pisləşə bilər”, – deyə N.Kipşidze qeyd edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, 22 gündür ki, etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası edir.

Gununsesi.info