Saat 12:00-a 30,6% seçici səs verib

  • By admin
  • 26 Sentyabr 2016 12:36

msk-2

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər  5 267 111 seçicidən 1613 879 nəfər səs verib.

Qeyd olunan vaxta qədər seçici fəallığı 30,6% təşkil edib.

Gununsesi.info