Gəncə hadisəsi ilə bağlı 21 cinayət işi açıldı  - Usubov hadisə yerində

  • By admin
  • 13 İyul 2018 13:28

Gəncə hadisəsi ilə bağlı 21 cinayət işi açıldı

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb.

Gununsesi.info bildirir ki, “Qafqazinfo”nun hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, prosesin gedişi zamanı 3 şəxs həbs edilib və digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bundan başqa terrorçuluğa açıq çağırışlar edən və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

 Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Əldə etdiyimiz xəbərə görə, açılan cinayət işləri ilə bağlı prosesin aparılması üçün Baş prokurorun müavini Rüstəm Usubov Gəncə şəhərinə ezam edilib. Artıq 1 həftədir Gəncədə olan R. Usubov prosesin gedişi ilə bağlı mütəmadi olaraq ölkə rəhbərliyinə məlumat verir.