Sabah bu rayonun sakinləri qaranlıqda qalacaq - "AZƏRİŞIQ"DAN XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 17 Noyabr 2017 16:34

“Azərişıq” ASC abonentlərinə xəbərdarlıq edib.

Dövlət şirkətinin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, “Azərenerji” ASC-yə məxsus 110/35/10  kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq  18 noyabr 2017-ci il tarixində saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Gununsesi.info