Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

  • By admin
  • 01 Yanvar 2022 22:00

Bakıda daha bir yolda təmir işlərilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sayta verilən məlumata görə, yanvarın 2-də saat 12:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək.

“Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – məlumatda deyilir.

Gununsesi.info