Bakıya yağış, rayonlara qar yağacaq — PROQNOZ

  • By admin
  • 30 Mart 2020 17:46

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

Gununsesi.org xəbər verir ki, çərşənbə axşamı Bakıda və Abşeronda dəyişkən hava şəraiti olacaq. Gecə və səhər yağış yağacağı, zəif şimal küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +17 +19 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında yağış, dağlarda qar yağacağı, bəzi yerlərdə qar yağışının güclü olacağı gözlənilir. Gecə və səhər duman olacaq, güclü qərb küləyi əsəcək.

Aran rayonlarında gündüz +15 +20 dərəcə isti, dağlarda gecə -3 dərəcə şaxtadan +2 dərəcəyə qədər isti, gündüz +3 +8 dərəcə isti olacaq.

Gununsesi.org