Sabahdan Bakı – Sumqayıt yolu bağlanacaq

  • By admin
  • 16 Sentyabr 2016 17:02

yol

Bakı-Sumqayıt avtomobil yolunun 12-ci km-də ( “Xırdalan qəbirstanlığı”) yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq  ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

“Azəravtoyol” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, sentyabr ayının 17-i saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətə bağlanacaq. Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.

“Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn avtonəqliyyat vasitələri 16,5-ci km-dən ( “VAZ” dairəsi”) və ya 13-cü km-dən (Masazır yol ötürücüsü) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də Xırdalan dairəsinə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info