Sabiq deputat televiziya işçilərinin döyülməsinə münasibət bildirdi

  • By admin
  • 06 İyun 2016 10:58

 Etibar Huseynov

Deputat Etibar Huseynov ATV əməkdaşlarının döyülməsi faktına münasibət bildirib

 

“Və bir sual: Həmin şamaxılı sahibkar da öz növbəsində əlinə kamera alıb ATV rəhbərinin kabinetinə icazəsiz və qəfil daxil olub, çəkiliş etsə, sizcə, mənzərə nə cür olar?”

Gununsesi.info-nun məlumatına görə, bu haqda eks millət vəkili, tanınmış jurnalist Etibat Hüseynov sosial şəbəkədəki səhifəsində ATV-nin “Yoxlama” verilişinin əməkdaşlarının Şamaxıda döyülməsiylə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. E.Hüseynov yazır ki, jurnalistlərə qarşı zorakılığa qarşıdır, amma rüşvət və reket qoxulu eybəcər şəkildə plagiat bir proqramla, icazəsiz olaraq, hansısa sahibkarın obyektinə daxil olub “yoxlama” aparmaq da yol verilməzdir: “Bu baxımdan həmin sahibkarın rətarını nəinki qınamır, hətta ona bəraət də qazandırıram. Hayla gələn, huyla da yola salınmalıydı”.

Xatırladaq ki, ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin əməkdaşları Şamaxıda fiziki hücuma məruz qalıblar. Çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində icazəsiz çəkiliş aparmaq istəyib. Buna etiraz edən restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, məkanından zorla uzaqlaşdırıb.

 

Gülnaz Qənbərli