Sabiq FİFA prezidenti Yozef Blatter püşkatmadakı maxenasiyalar haqda: - Püşk səbətinə isti və dondurulmuş şar atılırdı

  • By admin
  • 14 İyun 2016 12:36

Josef Blatter

“Püşk səbətinə isti və əvvəlcədən soyuducuda dondurulmuş şar atılırdı”

HTML tutorial

FİFA-nın sabiq prezidenti Yozef Blatter futboldakı püşkatmalarla bağlı sensasiyalı açıqlama verib.

Gununsesi.info xəbər verir ki,  “La Nacion” nəşrinə müsahibəsində o bildirib ki, UEFA-da keçirilən püşkatmalarda saxtakarlığa yol verilib. O iddia edib ki, belə hallar uzun illər rəhbərlik etdiyi FİFA-da olmayıb, amma Avropa səviyyəli püşkatmar zamanı püşkün nəticəsini əvvəlcədən müəyyənləşdirmək mümkün olub. Blatter bildirib ki, bunun üçün sonradan səbətə atılan şar soyuducuda dondurulurmuş. Bundan sonra istənilən komandanın adı olan kağız dondulmuş şara salınır və nəticədə püşk səbətinə dondurulmuş və isti şar qoyulurmuş. Bunun sayəsində də püşkatmada maxinasiyaya yol verilirmiş.

“Əllə ani toxunuş kifayət edirdi ki, isti ilə soyuq şarı ayıra biləsən. Mən Avropa turnirlərindən birindəki püşkatmada şəxsən belə hala şahid olmuşam”, – deyə Blatter bildirib.

Blatter DÇ-2014-ün püşkatma mərasimində saxtakarlıq edildiyinə dair suala cavabında belə bir hala yol vermədiklərini iddia edib.  (Qol.az)