Sabiq icra başçısının evini kim yandırıb?- HƏSƏN SARIYEVİN ŞÜBHƏSİ VAR

Sabiq icra başçısının evini kim yandırıb?

hesensar

Xəbər verdiyimiz kimi Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Həsən Sarıyevin rayonun Quzanlı kəndindəki mənzili yanaraq, kül olub. Ağdamdakı mənbələrin Gununsesi.info-ya verdiyi xəbərə görə, evinin yanması ilə əlaqədər olaraq, rayona gələn Həsən Sarıyev yanğının qəsddən törədildiyini deyib. Hətta polis rəisini ittiham edərək, icra hakimiyyətinin inzibati binasının yanında belə bir təxribatın törədilməsinin təsadüfü olmadığını bildirib.

O, bu işin arxasınca gedəcəyini və qisasını alacağını hər kəsin qarşısında bəyan edib.

Gununsesi.az

COMMENTS