Deputat seçiciləri ilə görüşüb - FOTO

  • By admin
  • 18 Oktyabr 2017 17:46
22489853_1534830856555100_2101886664011959376_n
Millət vəkili Sevinc Fətəliyeva təmsil etdiyi Suraxanı rayonunda seçicilərini qəbul edib.
Gununsesi.info xəbər verir ki, deputat S.Fətəliyeva bu gün 50-dək seçicini qəbul edib və onların problemlərini dinləyib. Qəbulə gələn əksər seçicilər iş, xəstəlik, övladlarının təhsil məsələləri bağlı müraciət ediblər. Bir sıra seçicilər isə yaşadıqları ərazinin yol, su, işıq, qaz, mənzil  problemini qaldırıb.
Millət vəkili qəbula gələn hər bir şəxsin problemini dinləyərək, onların təkliflərini qeyd edib və aidiyyatı orqanlar qarşısında qaldırmağa və onların həllinə söz verib.  O, eyni zamanda  qəbulda sosial problemlərlə bağlı bir məslələri yerindəcə həll edib.
Bir sıra seçicinin xəstəliklə və yaxud övladının və ya özünün təhsillə bağlı probleminə  yerindəcə kömək edib.
22489853_1534830856555100_2101886664011959376_n
Mürtəza
Gununsesi.info