Sabiq nazir XİN-i resurslardan tam istifadə etməməkdə ittihamladı

  • Müəllif: admin
  • 28 Fevral 2017 16:45
tofiq zul-3
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışqılar prosesinin XİN-in əlində toplanması və bunu necə bölünməsinin detallarını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, sabiq nazir öz “Facebook” səhifəsində onun  fikirlərinin belə bir diskussiyaya səbəb olmasına və onun fikirinə dəstək verildiyinə görə, öz minnətdarlığını bildirib.
T. Zülfüqarov səsələndirdiyi fikirləri daha geniş formada izah edərək bildirib ki,  məqsədi  heç də  XİN-in  münaqişəsinin tənzimlənməsindəki danışıqlar prosesindən tam kənarlaşdırılması deyil.
“Hesab edirəm ki, münaqişənin  tənzimlənməsi ilə bağlı  siyasi, iqtisadi, hərbi-müdafiə, daxili siyasət və təbliğat işlərini əlaqəli formada həyata keçirmək  koordinasiya  qurumu yaradılmalıdır. Bu dediklərimə Qaçqın və Məcburi  Köçkünlər üzər Dövlət Komitəsi və digər qurumların da fəaliyyəti aiddir. Sözsüz buna etiraz edib deyə bilərlər ki,  bütün bunlarla  Prezident özü  məşğul olur. Ancaq mən elə düşünürəm ki,  əgər prezidentin  səlahiyyətində olan  bütün bu məsələləri həyata keçirən  bir qurum fəaliyyət göstərərsə, bunun müsbət nəticəzi olar. Məhz ona görə də  dediyimi bir daha təkrar edərək bildirirəm ki, vitse-prezidentlik institutu  bu istiqamətdə yeni imkanlar açır”- deyə, T. Zülfüqarov bildirib.
Sabiq nazir Sergey Lavrovla bağlı səslənən fikirləri də izah edərək bildirib ki, bu məsələdə  xarici ölkələrdə əsasən iki məqama diqqət yetirilir.
“Bunun biri rəsmi şəxslərin, ikincisi isə  ictimaiyyətin  münaqişəi ilə bağlı mövqeyidir. Nədənsə ikinci  faktora daha çox üstünlük verilir. Məsələn ermənilər  məlum aprel döyüşlərindən sonra  ictimai rəydən istifadə edərək  ATƏT MQ həmsədrlərini inandırmağa çalışdı ki, Azərbaycan torpaqlarının işağl olunmasının qeyri-mümkünlüyü  barədə arqumentlərindən istifadə etdi.  Bununla müqayisədə Azərbaycan belə bir çox vacib siyasi resursdan istifadə etmirik. Onu demək yerinə düşərdi ki, XİN mətbuat xidmətinin bu istiqamətdəki fəaliyyəti yetərincə deyil. XİN mətbuat xidmətinin bu istiqamətdəki təbliğati işləri Heydər Əliyev Fondunun fəaliyyəti yanında çox zəif görünür”- deyə, T. Zülfüqarov bildirib.
Mürtəza
Gununsesi.info