Sabiq vitse-prezident: “Bayden ABŞ-ı dünyada rüsvay etdi”

  • By admin
  • 18 Avqust 2021 14:14

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens amerikalıların Əfqanıstandan çıxarılmasını rəsmi Vaşinqtonun beynəlxalq arenada son 40 ildəki ən böyük rüsvayçılığı adlandırıb. 

Gununsesi.info xəbər verir ki, Pens bu barədə “Wall Street Journal” qəzetində dərc olunan məqaləsində vurğulayıb.

“Bayden administrasiyasının Əfqanıstanı faciəvi şəkildə tərk etməsi, İranda girov böhranından sonra ABŞ-ın indiyə qədər yaşamadığı xarici siyasət rüsvayçılığıdır”, – deyə o bildirib.

Pensin fikrincə, Baydenin qoşunları geri çəkmək qərarı ABŞ-ı dünya arenasında rüsvay edib, müttəfiqlərin bu ölkənin etibarlılığına şübhə etməsinə səbəb olub, eləcə də son 20 ildə Əfqanıstanda xidmət edən amerikalıların işinə kölgə salıb.