Sabir Rüstəmxanlı Əbülfəs Qarayevi günahlandırdı

  • By admin
  • 26 May 2016 14:01

tEDBIR.rUSTAMKHANLI

“Azərbaycan mədəniyyətinə önəm verən Heydər Əliyev həyatda olsaydı, əminəm ki, burada əyləşən qonaqlar arasında ön cərgədə əyləşəcəkdi. Tədbirin keçirilməsi üçün də, respublikanın ən böyük saraylarının qapısını açdırardı”.

Gununsesi.info-nun məlumatına görə, bunu Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlı 70 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində yekun çıxışında söyləyib. Tədbirə qatılmaq istəyənləri yerləşdirməyin mümkünsüzlüyündən dolayı üzr istəyən şair bildirib ki, tədbirə qatılmaq istəyən insan axınını Milli Akademik Dram Teatrının tamaşa zalında yerləşdirmək mümkün olmayıb: “Məncə, mədəniyyət naziri Əbülfəs Qarayev yubiley tədbiri üçün Heydər Əliyev adına Respublika sarayını ayırmalıydı. Amma orada da yəqin yer qıtlığı yaranacaqdı. Odur ki, şairi dinləmək istəyənlər üçün qapı pəncərələri açmaq lazım gələcəkdi” – , deyə o bildirib.

Rüstəmxanlı daha sonra tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib, 70 illik həyatında insanların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini də vurğulayıb: “Bu günlərdə Azərbaycan mətbuatında mənim haqqımda çoxsaylı yazılar yazılıb və bu yazıların heç biri saxta, boğazdan yuxarı deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur. Tədbirdə bütün türk dünyasından qonaqlar iştirak edir. Əziyyət çəkib gələn, məni qiymətləndirən hər kəsə minnətdarlığımı bildirirəm”.

Gülnaz Qənbərli

 

tEDBIR. rUSTAMKHANLI 2