Bakıda sərxoş sürücü qəza törətdi - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 26 May 2016 14:14

Foto 1

Bakıda zəncirvari qəza olub. Gununsesi.info xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mercedes”markalı minik avtomobilinin sürücüsü idarəetməni ititirb. Nəticədə avtomobil qarşıda hərəkətdə olan “VAZ-2107” markalı maşına arxadan çırpılıb. Zərbənin gücündən “VAZ-2107” onunla yanaşı hərəkət edən “Mercedes” markalı digər minik avtomobilinə dəyib. Qəzaya səbəb olan avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməyib. O, avtomobili yol kənarında saxlayaraq, ərazini piyada tərk edib. Hadisə yerinə yol-patrtul xidməti əməkdaşları gəliblər. Sürücünün dostları polis əməkdaşlarını aldatmağa və onları avtomobili tamam başqa adamın idarə etdiyinə inandırmağa çalışıblar. Lakin ilkin araşdırma zamanı məlum olub ki, maşini 31 yaşlı Tağıyev Ruslan idarə edib. Bir müddət sonra onun özü də hadisə yerinə qayıdıb və sərxoş olduğu üzə çıxıb. O, sərxoşluq dərəcəsinin təyin edilməsi üçün tibbi müayinəyə aparılıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

foto 2

 

Foto 3

 

Foto 4