Sabirabad sakini narkotik maddə satan şəxs iş başında yaxalandı - FOTO

  • Müəllif: admin
  • 14 Noyabr 2016 10:39

sabirabad

Sabirabad polisi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi iş başında yaxalayıb.

Gununsesi.info xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı rayonun Şəhriyar kənd sakini Adəm Seyfullayev 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş narixuananı 70 manata  satarkən iş başında yaxalanıb. Daha sonra Polis Şöbəsinə gətirilən Adəm Seyfullayevin üzərinə baxış keçirilib. Şöbədə aparılan ilkin dindirilmə zamanı saxlanlan şəxs törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

sabirabad1