Nazirliyin “bal ayı” sabah başa çatır

  • By admin
  • 14 Noyabr 2016 10:44

bal

Artıq bir aydır davam edən arıçılıq məhsullarının sərgi-satış yarmarkası sabah başa çatır.

Gununsesi.info xəbər verir ki, Kənd Təssərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 15-dən Bakıda təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkası sabah başa çatacaq. Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 23 ünvanda yerləşən “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası bir ay davam edib.

Yarmarkaya yüksək keyfiyyətli arıçılıq məhsulları çıxarılması üçün məhsullar ilkin olaraq regional baytarlıq laboratoriyalarında, sonra isə Respublika Baytarlıq Laboratoriyasında tam yoxlanılıb. Nazirlliyin “Çağrı mərkəzi”ndə qeydiyyatdan keçmiş 312 nəfər arıçıdan 254 nəfəri yarmarkaya buraxılıb. Keyfiyyət göstəriciləri normaya uyğun olmayan 23,5 ton məhsul kənarlaşdırılıb. Yarmarkaya ümumilikdə 71,7 ton məhsul çıxarılıb. Yarmarkada balla yanaşı, çiçək tozu, arı südü və digər arıçılıq məhsullarının da satışı aparılıb.

Anar

Gununsesi.info