Sabirabad sakini öz avtomobilinə od vurdu - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 21 Fevral 2023 11:10

Fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneçilik törətməsidir.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

10:35

Sabirabad sakini öz avtomobilini yandırıb.

Gununsesi.info xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Görüntülərdə kişinin əlindəki yanacağı “Mercedes-Benz” markalı avtomobilinin üzərinə tökməsi və yandırması əks olunub.

Həmin videonu təqdim edirik:

Gununsesi.info