Sabirabad sakini silahını polisə təhvil verib

  • Müəllif: admin
  • 25 May 2017 11:39

silah
Sabirabad rayonunun Qaralı kənd sakini müvafiq sənədləri olmayan ov tüfəngini təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Qaralı kənd sakini Rəvayel Mehdiyev müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.

Anar
Gununsesi.info