“Bazarstore” BAĞLANDI

  • By admin
  • 25 May 2017 11:36
14423895162110449215_554x360
Mingəçevir şəhərindəki “Bazarstore” filialının da fəaliyyətini dayandırdığı bildirilir.
Gununsesi.info “Marja”ya istinadən xəbər verir ki,  filial Mayın 15-dən bağlanıb.
Digər bir məlumata görə, Mingəçevirdə “Bazarstore” şöbəsinin bağlanması supermarketin yerinin yaxşı olmaması ilə bağlıdır. Daha yaxşı yer müəyyən edildikdən sonra şəbəkə şəhərdə fəaliyyətini bərpa edə bilər.
Bundan əvvəl, Xaçmaz şəhərindəki “Bazarstore” filialı fəaliyyətini dayandırmışdı.
Qeyd edək ki, Mingəçevirdə “Bazarstore” 29 May 2015-ci il tarixində istifdəyə verilmişdi.
Mingəşevirdə “Bazarstore”un bağlanmasından sonra şəbəkənin şöbələrinin sayı 23-ə düşüb.
Qeyd edək ki, 17 May 2017-ci il tarixində Abşeron rayonu, Şamaxı şossesi, Hökməli dairəsi yaxınlığında “Xırdalan Bazarstore” istifadəyə verilmişdir. Artıq bu şöbənin də yerinin əlverişsiz olduğu bildirilir.
Gununsesi.info