Sabirabad sakininin evi yandı

  • By admin
  • 25 Avqust 2016 09:20

yandi ev
Sabirabad rayonunun sakininin evində yanğın baş verib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3otaqlı evin mətbəxinin tavanı 12 m2sahədə və soyuducu yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info