Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

  • By admin
  • 22 Aprel 2018 12:19


Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın  məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info