Sabirabadda maşın su kanalına aşdı - SÜRÜCÜ DÜNYASINI DƏYİŞDİ

  • By admin
  • 15 Sentyabr 2019 11:36
Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.org-un məlumatına görə, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org