ABŞ-da metroda silahlı insident - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 15 Sentyabr 2019 11:39
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində baş verən silahlı insident zamanı azı bir nəfər ölüb.
Gununsesi.org xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, naməlum şəxs cümə günündən şənbə gününə keçən gecə metroda olan insanlara atəş açıb. Silahli insident zamanı 3 nəfər yaralanıb, onlardan biri xəstəxanda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, cinayətkarın tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Silahlı hücumun səbəbi məlum olmasa da, “CNN” hadisənin məişət xarakteri daşıdığını istisna etmir.
Gununsesi.org