Sabunçu sakini həmyerlisini ov tüfəngi ilə vurub

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 13:06

vincestr ates

Sabunçu rayon sakini həmyerlisinə tüfəngdən atəş açaraq xəsarət yetirib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Sentyabrın 7-də həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədilməsini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar

Gununsesi.info