Sumqayıtda avtobus qaçırıldı

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 13:00

otoyol-m-29-city-ii-03

Sumqayıt şəhəri ərazisindən qaçırılan avtobus Novxanı bağlar sahəsində saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib. ŞPİ DYPŞ və PPXT-nin əməkdaşları tərəfindən avtobusa “saxla” işrəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü-şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü PB-yə təhvil verilib.

Anar

Gununsesi.info