Saçlar niyə erkən ağarır və bunun qarşısını necə almaq olar?

  • By admin
  • 24 Yanvar 2021 12:03

Saglamolun.az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik, məsələn, mədə-bağırsaq traktının problemləri, qaraciyər, böyrəklər, endokrin xəstəliklər səbəbindən melanin sintezindəki yavaşlama nəticəsində baş verir.

Bundan başqa, erkən ağarmanın səbəbi uzun müddətli depressiya və ya irsiyyət ola bilər. Həddindən artıq sıx elastik bantların və saç vasitələrinin istifadəsi, balanssız qidalanma və alkoqoldan normadan artiq istifadə də problemin inkişafına səbəb ola bilər.

Saçların erkən ağarmasına  səbəb olan amili  aradan qaldıraraq proses dayandırıla bilər. Əvvəlcə analiz  vermək nəticəsinə əsasən  pəhrizə dəyşiriklikl  və ya qidaya əlavə bioloji vasitələrdən istifade edilir.

Melanin istehsalı B qrupu vitaminləri, pantenol və fol turşuları ilə stimullaşdırılır və sağlam saçlar üçün manqan, yod, dəmir, sink də lazımdır. Pəhrizdə bu qidalarla zəngin olan balıq və dəniz məhsulları, pendir, paxlalılar, toyuq, badam və tərəvəz kimi qidalar olmalıdır.

Eyni zamanda, ağ tükləri qoparmaq və ya qırmağa dəyməz, çünki bu folikul travmasına və hətta keçəlliyə səbəb ola bilər.

Gununsesi.info