Sadə pizza ustası mafia üzvüymüş

Fransanın mərkəzi şərqindəki Sent-Etyen şəhərində 16 ilini qaçışlarda sərf eden mafioz həbs edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı İnterpol bildirib.

Calabrian mafiyasının – “Ndrangheta”nın üzvü olduğu iddia edilən 63 yaşlı Edqardo Qreko cümə axşamı səhər saatlarında həbs edilib.

O, 1991-ci ilin yanvarında iki qətlə və 1991-ci ilin iyulunda adam öldürməyə cəhdə görə ömürlük həbs cəzasına məhkum edilib.

Greco, İtalyan Carabinieri tərəfindən verilən məlumatlar əsasında Fransız polisləri tərəfindən həbs edilib. Həmçinin bu əməliyyat axtarışında İnterpolun agentləri də fəal iştirak ediblər.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bu mühüm birgə əməliyyatdan çox məmnun olduğunu bildirib.

“Hüquq-mühafizə orqanlarının fəaliyyəti gündən-günə dayanmır, İtaliyada və xaricdə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bizim işçilər öz həyatlarını təhlükəyə atırlar. Dövlət qətiyyətlə mütəşəkkil cinayətlə mübarizə aparmağa davam edəcək”- Matteo Piantedosi bildirib.

İtaliyanın AGI xəbər agentliyinin məlumatına görə, Edqardo Qreko Sent-Etyen şəhərindəki bir pizza restoranında Paolo Dimitri adı ilə pizza ustası işləyib.
Gununsesi.info