ŞAD XƏBƏR: COVID-19 ilin sonuna qədər…

  • By admin
  • 13 Fevral 2021 21:37

Böyük Britaniya hökuməti hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Səhiyyə Naziri Matt Hankok “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

“Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq.

Britaniyalı nazir əlavə edib ki, nəticədə, hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq. /Oxu.az

Gununsesi.info