Saday Şəkərlinin həbsi 5 il azaldıldı

  • By admin
  • 03 Avqust 2016 12:00

SADAY

Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Saday Şəkərlinin həbs müddətini azaldıb.  

Gununsesi.info xəbər verir ki, bu barədə S.Şəkərlinin vəkili Bəhruz Bayramov bildirib.

Vəkil qeyd edib ki, S.Şəkərlinin həbs müddəti 10 ildən  5 ilə endirilib: “Həbs cəzasının aşağı endirilməsi heç də humanizmin nəticəsi deyil, sadəcə, şairin ittiham olunduğu maddənin dəyişdirilməsi ilə bağlıdır”.

Qeyd edək ki, bir müddət öncə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşa edici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı həbs olunmuşdu.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilmişdi.

Gununsesi.info