“Şahdağ” Milli Parkında yanğın olub

  • By admin
  • 08 İyul 2020 22:55

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında “Şahdağ” Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Bu barədə Gununsesi.org-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

 

Gununsesi.org