ABB-də kartını aktivləşdirə bilməyən vətəndaş narazıdır

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2026 14:51

Vətəndaş Azərbaycan Beynəlxalq Bankının kartının aktivləşdirilməsi ilə bağlı çətinlik yaşadığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Vətəndaş kart üçün PİN kodun təyin olunması və aktivləşdirilməsi prosesinin uzanmasından, bankın xidmətlərində yaranan problemlərdən narazıdır.

“2 gündür kartın aktivləşdirilməsi ilə məşğuluq. Bir PİN təyin olunması necə böyük, uzun bir problem ola bilərmiş. Hörmətli Azərbaycan Beynəlxalq Bankı, ABB işçiləriniz işi bilmir, ATM-ləriniz işləmir, sayt üzərindən PİN aktivləşdirmə xidmətiniz işləmir. Bərbad bir xidmət səviyyəniz var.

Zəng edib problemi bildiririk, deyir 5 iş günü ərzində baxılacaq. Problem PİN kodun aktivləşdirilməsidir. Əməkdaşınızın yeganə bildiyi şey ‘banka yaxınlaşın’dır. Xoşunuz gəlir deyəsən insanları saatlarla növbədə saxlamaqdan”.

 

Gununsesi.info

Gununsesi.info