
Əmək hüquqları müdafiəsi üzrə tanınmış ictimai xadim Sahib Məmmədov özünün sosial şəbəkədəki hesabında Əmək və Əhalinin Sosial Müdfisəi naziri Sahil Babayevin saxta pensiya alanlardan pulların geri qaytarılmasına dair açıqlamasına münasibət bildirib.
Gununsesi.org QHT rəhbərinin qeydlərini təqdim edir:
Hökumət üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev deyir ki (hər halda KİV-də gedib və təkzib yoxdur), saxta pensiya alanlardan aldıqları pensiyanı geri alacağıq. Mənə maraqlıdır, bunun mexanizmi barədə də açıqlama olacaqmı? Tutaq ki, biri illər uzunu hökumətdən 10 000 manat pensiya alıb və indi məlum olur ki, ona əllillik saxta yolla verilib. Lap elə məhkəmə də qərar verir ki, alınsın. Gedib baxırlar ki, adamın bir uçuq evindən başqa heç nəyi yoxdur. Necə alacaqsız? 1000 adamı tutub türməyə basacaqsız? Fikrimcə hökumət üzvü bəyanat və açıqlamalarında ehtiyatlı olmalıdır. Sosial gərginliyi artırmağın mənası nədir? Belədirsə onda açıqlama versinlər ki, buna necə nail olacaqlar?












