Sahibkarlığa Kömək Fonduna ayrılan pullar kimlərin əlində cəmləşib?

  • By admin
  • 07 İyun 2016 17:23

 

Sahibkarlığa-Kömək-Milli-Fondu

Fondun 37 milyonu 6 sahibkarlıq layihəsi arasında bölüşdürülüb,  

bəs digərləri ?

 

Sahibkarlığa Kömək Milli Fondu bu ilin birinci rübündə sahibkarlara 40 milyon manat kredit ayırıb. Gununsesi.info-nun xəbərinə görə, bu haqda SKMF-nun 2016-cı ilin birinci rübünə dair hesabatında göstərilir. Sənəddən kiçik sahibkarlara ögey münasibət göstərildiyi bəlli olur.

Hesabatdan məlum olur ki, 37 milyon manatı və ya 93 faizi 6 böyük həcmli kreditlərə verilib. Hər layihə üzrə ortalama 6.1 milyon manat ayrılıb ki, bu da  kifayət qədər suallar yaradır. Belə aydın olur ki, Fonddan ayrılan dövlət vəsaitin böyük hissəsi bir qrup adamın əlində cəmləşib.

Lakin kiçik və orta sahibkarların  315 layihəsinə cəmi 2.7 milyon manat ayrılıb. Bunun isə portfeldə xüsusi çəkisi heç 7 faiz etmir. Halbuki, ekspertlər kiçik və orta sahiblarlığın inkişafına xüsusi diqqətin ayrılmasını daha vacib hesab edirlər. Bu zaman həm məşğulluq artar, həm də iş yerləri.  Yalnız iri sahibkarlığın inkişafi ölkədə sosial yaşayışın qeyri-bərabərliyini bir qədər də artıran amil kimi göstərilir.

Kredidlərin sturktura nəzər saldıqda vəsiatlərin 97.5 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 0.6 faizi isə onun emalına, 1.9 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib.

 

Leyla Səlimli

Gununsesi.info