Sahil Babayevin polkovnik əmisioğlu qandallandı - GÖMRÜKDƏ NÖVBƏTİ ƏMƏLİYYAT

  • By admin
  • 01 İyul 2022 22:44

Bu gün axşam saatlarında hüquq-mühafizə orqanlarının Gömrük Komitəsi strukturlarında növbəti anti-korrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.
Qeyd edək ki, Rəşad Babayev əmək və əhalinin sodial müdafiəsi naziri  Sahil Babayevin əmisioğludur.

O, uzun illər Tovuz və Şirvan Gömrük İdarələrinin rəisi olub.

Şükür Səfərovun isə Səfər Mehdiyevin kirvəsi olduğu bildirilir.

 

Gülnar

Gununsesi.info