Şahin Diniyevin oğluna cəza kəsdilər - DAVA ETDİYİ ÜÇÜN

  • By admin
  • 04 Aprel 2018 15:00
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 21-ci turunun “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev və “Keşlə”nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.
Futbolçulara verilmiş 3 oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Gununsesi.info