Şahin Mustafayev Ruhani ilə görüşdü

  • By admin
  • 13 Mart 2018 15:48
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.
Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.
Ş.Mustafayev bu gün həm də İranın sənət, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari ilə görüşəcək.
Gununsesi.info