Şahmatçılarımız 5 medalla vətənə qayıdır - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2017 08:06

ahmat4

Bu gün Rumıniyanın Mamaya şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Yığmamız 49 ölkə arasında 2-ci yeri tutaraq (birinci yer Rusiya) 5 medalla Vətənə qayıdır.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Bu şəhərdə”nin baş prodüseri, hazırda komanda ilə birlikdə Rumıniyada olan Müşfiq Abbasov deyib. O, qaliblərin Aydın Süleymanov (qızıl), Gövhər Beydullayeva (qızıl), Səmra Qasımova (gümüş), Riad Səmədov (gümüş), Ayan Allahverdiyeva (bürünc), Xanım Balacayeva (4-cü yer) olduğunu qeyd edib.

Qeyd edək ki, övladları da bu çempionatda iştirak etdiyi üçün Müşfiq Abbasov valideyn olaraq tədbirə qatılıb.

ahmat2

 

ahmat4

Gununsesi.info