Şahzadə və xanımının aldığı malikanədə insan qalıqları tapıldı – FOTO

  • By admin
  • 03 İyun 2021 11:16

Şahzadə Harri və xanımı Meqan Marklın ötən il təqribən 15 milyon dollara aldıqları malikanənin yaxınlığında insan qalıqları tapılıb.

Gununsesi.info xəbər verir ki, “Daily Mail”in məlumatına görə, bu barədə Santa Barbara Şerif Departamenti açıqlama yayıb.

Bildirilir ki, qalıntılar 10 min il əvvələ aiddir.

Ekspertizanın ilkin nəticələrinə görə, qalıntılar çumaşilərdən (qədim hindu xalqı) olan gənc cütlüyə aiddir.