Salyanda 21 yaşlı qız bıçaqlanıb

  • By admin
  • 25 Sentyabr 2016 20:34

bicaq_3fvj4746346

 

Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yaşayan 21 yaşlı yerli sakin Aygün Vilayət qızı Həsənova sol döşünün kəsilmiş–deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bıçaq yarası almış yaralı Cərrahiyyə şöbəsində əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

Gununsesi.info