Salyanda Heydər Əliyevin 100 illiyi qeyd olunub

Salyan rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd edilib.

Tədbirdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıda iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı öz “Facebook” hesabında qeyd edib.

“Bu gün Azərbaycanımızın bütün guşələrində oldugu kimi Salyan rayonunda da Ulu Öndərimizin 100 illiyi böyük coşqu ilə qeyd edilir.Mən də Salyan əhalisilə birgə unudulmaz tarixi şəxsiyyət, qürür mənbəyimiz Heydər Əliyevin yubiley toplantısında və yubiley konsertində işrirak etdim, bir daha onun ruhu qarşısında baş əydim, Uca Yaradandan ona rəhmət dilədim.

Ruhun şad olsun, millətimin, dövlətimin xilaskarı, qibləgahı! Amin!”- paylaşımda bildirilib.

 

Şəbnəm

Gununsesi.info