Şamaxı və İsmayıllıda yollar buz bağladı - NƏQLİYYATIN HƏRƏKƏTİ ÇƏTİNLƏŞDİ (FOTO)

  • By admin
  • 11 Yanvar 2018 17:28

Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun dağlıq və meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də, Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.

Gununsesi.info