Şamaxıda bir-birinə yaxın evlər yandı

  • By admin
  • 13 Mart 2021 10:05

Şamaxı rayonunda yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və 1 otağının tavanı 4 m² sahədə, yaxınlıqda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info