Şamaxıda dəhşətli cinayət - 60 YAŞLI KİŞİ ÖGEY ANASINI ÖLDÜRÜB QUYUYA ATDI

  • By admin
  • 14 Noyabr 2017 09:20

Şamaxı şəhərində qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə noyabrın 13-də baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb.

R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Gununsesi.info