Şamaxıda uşağın üzərinə şkaf aşıb

  • By admin
  • 18 İyun 2018 09:32

 O, ağır kəllə-beyin travması alıb

Ötən gün Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Gununsesi.info “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, şəhərin Rəsulzadə küçəsi, 22 ünvanında yaşayan 2010-cu il təvəllüdlü yerli sakin Babayev Elşən Mətləb oğlunun üzərinə içərisi qab-qacağla dolu şkaf aşıb.

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Cərrahiyyə şöbəsindən verilən məlumata görə, E.Babayev xəstəxanaya ağır-kəllə beyin travması, sağ qulaq nahiyəsinin cırılmış yarası ilə daxil olub. Uşağa ilkin tibbi yardım göstərilib və hazırda vəziyəti orta-ağır qiymətləndirilir.

E.Babayevin valideynlərinin sözlərinə görə, hadisə uşaq şkafın yuxarı hissəsində özünə aid daxılı götürərkən baş verib. Səsə gələn valideynlər onu şkafın altından çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.