Samur-Abşeron kanalı yenə can aldı

  • By admin
  • 03 Avqust 2016 12:33

samur

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H. Z. Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Gununsesi.info FHN-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunub. Vətəndaşların axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

Gununsesi.info