Avtomobilin təkərlərindən 5000 ədəd siqaret çıxdı - FOTO

  • By admin
  • 22 Aprel 2017 11:43

nz
Avtomobildən külli miqdarda siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-2106” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

58fb0e36a6df8_dgk_220417_02 58fb0e39888ce_dgk_220417_01

Anar
Gununsesi.info