Samuxda intihar hadisəsi baş verib -Beş uşaq atası özünü öldürdü

  • Müəllif: admin
  • 14 Yanvar 2019 22:32
Samuxda intihar hadisəsi baş verib.

“Gununsesi.org” un verdiyi məlumata görə, rayonun Aşağı Ağasıbəyli kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Bəxtiyar Həmzə oğlu kəndin yaxınlığında olan çöllük ərazidə özünü asaraq intihar edib. 5 uşaq atası olan B. Hüseynovun hansı səbəbdən canına qıydığı hələ ki, məlum deyil.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli